AZ

Güclü külək bölgələrdə fəsadlar törətdi – təsərrüfatlara ciddi ziyan dəydi (VİDEO)

Bakı. Trend:

Hazırda respublikanın bir sıra bölgələrində müşahidə olunangüclü külək əhalinin gündəlik həyatına və kənd təsərrüfatına mənfitəsir göstərir.

Trend xəbərverir ki, son saatlarda Göyçay, Ucar, Mingəçevir, Kürdəmir vəZərdab rayonlarında güclü külək qeydə alınıb.

Məlumata görə, bəzi ərazilərdə küləyin sürəti saniyədə 40–47metrə çatıb ki, bu da ciddi fəsadlara yol açıb.

Güclü külək nəticəsində xüsusilə kənd təsərrüfatına ziyan dəyib.Meyvə bağlarına, o cümlədən göycə, gilas və digər ağaclara ciddizərər vurub.

Bir çox ərazilərdə ağacların qırıldığı, budaqların sınaraq yerətöküldüyü bildirilir.

Sakinlərin sözlərinə görə, küləyin şiddəti bəzi təsərrüfatlardaməhsul itkisinə səbəb olub və fermerlər üçün ciddi narahatlıqyaradıb.

Mütəxəssislər əhaliyə ehtiyatlı olmağı, xüsusilə açıq ərazilərdəvə iri ağacların yaxınlığında diqqətli davranmağı tövsiyə edir.

Güclü küləyin yaxın saatlarda da davam edəcəyi ehtimalolunur.

Seçilən
17
2
az.trend.az

3Mənbələr