AZ

Maskın "XChat" messenceri istifadəyə verildi

Bakı. Trend:

“X” sosial şəbəkəsi XChat adlı öz messencerini istifadəyəverib.

Trend xəbər verirki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Hazırda tətbiqi yalnız "iOS" platformasında yükləmək mümkündür."Android" üçün versiyanın isə bir qədər sonra təqdim olunacağıbildirilir. Qeydiyyat sosial şəbəkə “X”də mövcud hesab vasitəsilə,telefon nömrəsindən istifadə etmədən həyata keçirilir.

Tərtibatçılar messencerdə ikitərəfli şifrələmənin tətbiqolunduğunu bildiriblər. Anons edilən funksiyalar sırasında audio vəvideozənglər, fayl göndərmə imkanı və qrup çatlarının yaradılmasıda yer alır. Bundan əlavə, tətbiq daxilində ekran görüntüsünün(screenshot) alınmasının bloklanması funksiyası ayrıcavurğulanır.

Xidmətin digər xüsusiyyətləri arasında daxili süni intellekt"Grok", yoxa çıxan mesajlar rejimi və reklamın olmaması qeydolunur.

Məqalədə:
Seçilən
23
1
az.trend.az

2Mənbələr