AZ

ETSN yeni nəqliyyat vasitəsi alır

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi bir ədəd yük avtomobili və bir ədəd evakuatorun tədarükü üçün tender elan edib.

Ekologiya.az 32gun.az-a sitinadla xəbər verir ki, nazirlik 198.825,00 AZN ehtimal olunan qiymətlə satınalma elan edib.

Texniki şərtlərə əsasən, hər iki nəqliyyat vasitəsi ən azı 2025-ci il istehsalı olmalı və mövcud Euro 5 ekoloji standartlarına tam cavab verməlidir.

Satınalma çərçivəsində 350 at gücünə malik 6x6 sürücü növlü yük avtomobili ilə yanaşı, hidravlik ötürücülü bucurqadla təchiz edilmiş sürüşkən platformalı evakuatorun alınması nəzərdə tutulur. Təklif olunan qiymətə nəqliyyat vasitələrinin dövlət qeydiyyatı xərcləri və ilkin yağdəyişmə xidmətinin dəyəri də daxil edilib.

Seçilən
52
ekologiya.az

1Mənbələr