Aktyor Burak Hakkı qatıldığı bir proqramda sevgi və münasibətlər haqqında etiraflar edib.
"Cebheinfo.az" xəbər verir ki, onun açıqlamalı sosial şəbəkədə gündəm olub.
"Qadınlar üçün uyğun kişi deyiləm. Kənardan belə görünürəm. Qadına qarşı romantik olacaq kişi deyiləm. Bu, içimdən gəlmir. Çox məntiqli bir kişiyəm, emosional düşünə bilmirəm. Çox empatiyalıyam. Amma həyatımda gül almıram. Bu kəpənəklər üçündür" deyən, Burakın sözləri müzakirə yaradıb.
Məşhur aktyor Çanaqqalanın Gelibolu rayonunun Güneyli kəndində satın aldığı 35.000 kvadrat metrlik torpaq sahəsində ferma qurub. Burada villa tikən aktyor, Saroz körfəzindəki fermasında da tərəvəz və meyvə yetişdirir.
Qeyd edək ki, aktyor 2001-ci ildə evlənib, 2008-ci ildə oğlu Rüzgar dünyaya gəlib. Burak Hakkı xanımı Sema Şimşeklə 10 il ailəli olub, cütlük 2012-ci ildə boşanıb.
"Cebheinfo.az"