AZ

“Fulhem” “Aston Villa”nı məğlub etdi

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 34-cü turunda “Fulhem” və “Aston Villa” üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, ьatçda yeganə qol 43-cü dəqiqədə vurulub. “Fulhem”in müdafiəçisi Rayan Sesenyon fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Fulhem” 48 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Eyni xala “Brentford” və “Çelsi” də sahibdir.

“Aston Villa” isə 58 xalla 4-cü yerdə qalır. Bir oyun az keçirən “Liverpul” isə bu komandadan 3 xal geri qalır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr