Yazını böyüt
Yazını kiçilt
Avstraliyada bir gənc oğlan dünyanın ən böyük sürünəni olan duzlu su timsahının hücumundan sağ çıxıb.
Hafta.az bildirir ki, bu barədə Nine News xəbər verir.
Hücum 18 apreldə Qərbi Avstraliyanın Brum şəhəri yaxınlığında, yerli sakinlər və turistlər olan məşhur düşərgədə baş verib. 20 yaşlı Cimmi çimərlikdə yuxuya gedib. Səhər tezdən nəhəng timsah ona hücum edib. O, sağ qalsa da, ağır xəsarətlər alıb.
Əvvəlcə onu Brum xəstəxanasına aparıblar, 20 apreldə isə əməliyyat üçün Pertə təyyarə ilə aparıblar. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildiriblər.