AZ

Rusiya Dnepri yenidən VURDU: Ölənlər var

Rusiya silahlı qüvvələri saat 11:30 radələrində Ukraynanın Dnepr şəhərinə təkrar zərbələr endirib.

Musavat.com "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, hücum nəticəsində yaşayış binasına ziyan dəyib, ölənlər və yaralılar var.

Dnepr Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanca bildirib ki, düşmən şəhəri yenidən hədəfə alıb:

"Ruslar yenidən Dneprə zərbə endirdilər. Yenə də yaşayış binası zədələnib".

Başçının sözlərinə görə, hücum nəticəsində 7 nəfər yaralanıb və onlara lazımi tibbi yardım göstərilir. Təkrar hücum zamanı bir nəfər həyatını itirib. Zərbənin gecə saatlarında hədəf alınan eyni məhəlləyə endirildiyi bildirilir.

Prokurorluğun saat 12:15-ə olan məlumatına görə, təkrar zərbə nəticəsində yaralıların sayı artıb.

Xatırladaq ki, 25 aprel tarixinə keçən gecə Rusiya qoşunları Ukraynanın kritik infrastruktur obyektlərinə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.

Hücumun əsas istiqaməti Dnepr şəhəri olub, həmçinin Xarkov, Çerniqov, Sumı, Odessa və Kiyev vilayətləri də atəşə tutulub.

Gecə hücumu zamanı Dneprdə 20-dən çox insan, o cümlədən 9 yaşlı uşaq yaralanıb. Zərbələr nəticəsində dördmərtəbəli yaşayış binası qismən dağılıb, sənaye obyekti, fərdi evlər, avtomobillər və mağaza zədələnib. Ümumilikdə şəhərə 10 qanadlı raket və 80-dən çox dronla hücum edildiyi bildirilir.

Musavat.com

Seçilən
56
24
musavat.com

10Mənbələr