AZ

“Fulhem” “Aston Villa”nı məğlub etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 34-cü turunda “Fulhem” “Aston Villa”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Kreyven Kottecdə keçirilən qarşılaşmanı Maykl Oliver idarə edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini həll edən yeganə qolu 43-cü dəqiqədə Rayan Sesenyon vurub.

Bu nəticədən sonra “Fulhem” xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Eyni xala malik “Brentford” və “Çelsi” də yaxın mövqelərdə qərarlaşıb.

“Aston Villa” isə 58 xalla 4-cü sıradadır. Bir oyun ehtiyatı olan “Liverpul” rəqibindən üç xal geri qalır.

Seçilən
12
90deqiqe.az

1Mənbələr