AZ

Azər Əkbərli vəfat etdi

Şirvanda tanınmış həkim vəfat edib.

 

Azər Əkbərli bu gün dünyasını dəyişib.

 

Qeyd edək ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının peşəkar həkimlərindən biri olub. Azər Əkbərli 2000-2007-ci illərdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində sahə həkimi-terapevt kimi fəaliyyət göstərib. 2008-ci ildən etibarən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq-reanimatoloq işləyib. 2010-cu ildən isə həmin xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində çalışmağa davam edib.

 

O, 2021-ci ildən etibarən Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində fəaliyyət göstərirdi.

 

2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

 

/Oxu.az

Tarix: 25 Aprel 2026, 19:09   
Seçilən
68
50
pravda.az

10Mənbələr