AZ

İsrailin Livana hücumu nəticəsində dörd nəfər ölüb

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları(PUA) Livanın cənubundakı Nəbatiyyə şəhərinin ətrafına zərbələrendirib.

Trend-in məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyixəbər verib.

"Raket zərbələri Yəhmur əş-Şqif yaşayış məntəqəsindəki pikap vəƏl-Əyn ərazisində motosikletə endirilib", - deyə bildirilib.

Qeyd olunub ki, Nəbatiyyədə xəstəxanaya aparılan dörd nəfəraldığı xəsarətlərdən ölüb.

Seçilən
77
1
az.trend.az

2Mənbələr