ain.az, Axsham.az portalına istinadən məlumat verir.
"Rasim Balayevlə aramızdakı narazılıq şəxsi münasibətdən olmayıb. İki ittifaq yaratdılar. Birinə tələbə yoldaşım Şəfiqə Məmmədovanı, digərinə Rasimi seçdilər. Onlar da bir araya gəlmək istəmədilər. Mən də kino eşqi ilə aşıb-daşan bir adam kimi heç kimlə danışmadım. Gördüm ki, kino camiəsi bir tərəfdən ölüb azalır, digər tərəfdən isə ədavət, qarşıdurmalar yaranır. Ona görə məsələ qoydum ortaya ki, ittifaqlar birləşməlidir. Bir kinonun necə iki ittifaqı ola bilər? Üstəlik, ittifaq kino çəkmir, ictimai təşkilatdır".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudbəyov "Künc-bucaq" layihəsində deyib. O, mərhum Xalq artisti Rasim Balayev və Xalq artisti Şəfiqə Məmmədova ilə aralarında olan qalmaqal haqqında bunları deyib:
"Bir il onlarla mübarizə apardım. Həmin ərəfədə, vəzifədən tutub yapışdıqları üçün məndən incidilər. Amma növbəti konfransda ikisi də istefa verdi, Şəfiqə namizədliyini geri götürdü və biz Rasim Balayevi seçdik. Sonra da barışdıq".
Şeyx Əbdül xəstəxanada olduğu müddətdə R.Balayevdən inciməsinə belə aydınlıq gətirib:
"İkimiz də eyni vaxtda xəstəxanada yatırdıq. Türkiyəyə getməyə hazırlaşırdı. Mənə zəng vurdu ki, istəyirsənsə, birlikdə gedək. Dedim ki, heç yerə getmirəm, ölsəm də burada öləcəyəm. O, xəstəliyini bilmirdi. Amma bizim xəbərimiz var idi ki, xərçəngdir. Dedim ki, sağalmışam, sən get, gəl, səni bir də rəsmi sədr seçək. Təəssüf ki, getdi, gəlmədi.
Onun üç mərasimində avtobusa minib tək getdim Fəxri xiyabana. Düz 40 dəqiqə onunla dərdləşdim. Rahatlıq tapdım. Çoxu deyir cümə axşamları get. Mənə elə şeylər çatmır. Molla fatihə verməmiş plovu yeyirlər. Elə bil yasa yox, yeməyə gəlirlər".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.