AZ

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vaşinqton, 25 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı mövqeyinə görə elçiləri Stiv Uitkoff və Cared Kuşnerin İslamabada səfərini ləğv edib. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Axios”un müxbiri Barak Ravidlə telefon danışığında deyib.

“Hazırkı vəziyyətində onları 18 saatlıq uçuşa göndərməyin mənasını görmürəm. Bu, çox uzundur. Biz bunu telefonla da edə bilərik. İranlılar istəsələr, bizə zəng edə bilərlər. Biz sadəcə orada oturmaq üçün səyahət etməyəcəyik”, -deyə Tramp bildirib. O, hələ müharibəni başlatmaq barədə düşünmədiyini deyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
azertag.az

3Mənbələr