AZ

Azərbaycan və Ukrayna xarici işlər nazirləri hüquqi yardım haqqında saziş imzalayıblar (FOTO)

Bakı. Trend:

Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanxarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Ukrayna xarici işlərnaziri Andrey Sibiha ilə görüş keçirib.

Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki,nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsi perspektivlərinimüzakirə edərək, siyasi, iqtisadi, enerji və humanitar sahələrdəəməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Onlarhəmçinin ticarətin genişləndirilməsi, əlaqələrin inkişafetdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqimkanlarını nəzərdən keçiriblər.

Tərəflər regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsiaparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir dahatəsdiqləyib və Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəlidialoq və tərəfdaşlığın davam etdirilməsinin vacibliyinivurğulayıblar.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin hüquqi əsasını dahada möhkəmləndirəcək Azərbaycan və Ukrayna arasında Mülki vəKommersiya İşləri üzrə Hüquqi Yardım haqqında Sazişiimzalayıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
23
5
az.trend.az

10Mənbələr