AZ

"Heç vaxt pəhriz saxlamıram" - Formada qalmasından danışdı

Xalq artisti Məleykə Əsədova formada qalmasından danışıb.

Aktrisa "Qonaqcanlı" verilişində heç vaxt pəhriz saxlamadığını bildirib.

O qeyd edib ki, tez-tez yemək yeyir:

"Boyum 1,70, çəkim isə 56 kiloqramdır. Heç vaxt pəhriz saxlamıram. Axşamlar da yeyirəm. Dadlı yeməkləri sevirəm. Amma çox yemirəm. Az-az və tez-tez yeyirəm. Gecə saat 1-ə kimi yeyirəm. Tez doyuram. Gündüz yemirəm. Bəlkə də ona görə kökəlmirəm. Aktrisayam, əgər kökəlsəm, tez pəhrizə oturaram. Qoymaram çəkim artsın". (Axşam.az)

Seçilən
7
1
musavat.com

2Mənbələr