AZ

Xankəndidə elektrikli avtobuslar fəaliyyətə başladıVİDEO

Xankəndidə şəhərdaxili avtobus marşrutları istifadəyə verilib. İndi Xankəndi küçələrində bu cür avtobuslar görmək mümkündür.

Xezerxeber.az xəbər verir ki, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin bütün əsas küçə və istiqamətlərini və Kərkicahan qəsəbəsini əhatə edir.

Şəhərin ictimai nəqliyyat şəbəkəsi üzrə hazırlanmış plan əsasında 3 marşrut xətti istifadəyə verilib. Belə ki, 1 nömrəli marşrut "Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki", 2 nömrəli marşrut "Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi", 3 nömrəli marşrut isə "Qarabağ Universitetinin Klinikası - 1-ci dairə" istiqamətində fəaliyyət göstərir.

Marşrut xətləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyən edilib və müvafiq nişanlarla təchiz olunub. Avtobuslarda ödəniş nağdsız qaydada aparılır.

Sərnişindaşıma "BakuBus" MMC-yə məxsus elektrik avtobusları vasitəsilə həyata keçirilir. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
27
2
xezerxeber.az

10Mənbələr