AZ

Qeyri-sabit hava obyekt və evlərə ciddi zərər vurduVİDEO

Mingəçevirdə güclü külək fəsadlar törədib.

Xezerxeber.az xəbər verir ki, şəhərin, Nizami, 20 Yanvar, Müslüm Maqamayev küçələrində irigövdəli ağaclar aşıb. Qəfil güclənən külək zamanı 20 Yanvar küçəsində iri qovaq ağacı kafe ərazisinə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, ictimai iaşə obyektinin dam örtüyünə ziyan dəyib.

Güclü külək nəticəsində şəhərin Nizami küçəsində irigövdəli ağacın böyük budağı sınaraq 5 mərtəbəli binanın üzərinə aşıb. Nəticədə 4-cü mərtəbədə yerləşən mənzilin eyvanına zərər dəyib.

Küləyin yaratdığı fəsadlar Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin texnikası və canlı qüvvəsinin köməyi ilə aradan qaldırılır. Bölgədə küləkli hava şəraiti davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
58
xezerxeber.az

1Mənbələr