AZ

Azərbaycan Peşəkar Çövkən Liqasının V turu başa çatıb

Azərbaycan Peşəkar Çövkən Liqasının V turu başa çatıb.

"Far.Az" Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, birinci dövrənin mərkəzi oyununda "Sərhədçi" komandası "Polad"ı 2:0 hesabı ilə məğlub edərək mütləq nəticə ilə liderliyə yüksəlib.

Turun digər qarşılaşmalarında "Embawood" "Elite"ə 2:1, "Şamaxı" isə "Xəzər"ə 6:0 hesabı ilə qalib gəlib. "Zəfər" – "Omar" matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Buta Qolden" isə "Atilla"nı 13:0 hesablı məğlubiyyətə uğradıb. Bu çempionatın hələlik ən böyükhesablı qələbəsidir.

Beş turdan sonra "Sərhədçi" turnir cədvəlinə başçılıq edir. Aktivində 12 xal olan "Polad" və "Buta Qolden" komandaları isə 2-3-cü yerləri bölüşdürürlər.

Bombardirlərin siyahısına hərəyə 10 qolla Şəfayət Budaqov və Şamil İslamov ("Buta Qolden") liderlik edir.

"Atilla" çempionatda hələ də aktivində qol olmayan yeganə komandadır.

Seçilən
18
1
far.az

3Mənbələr