AZ

Azərbaycanlı güləşçi Avropa çempionu olub

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropaçempionatı sona yaxınlaşır.

Trend-inAzərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə,yarışın altıncı günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyəqalxıb.

İslam Bazarqanov (57 kq) finalda rusiyalı Musa Mextixanovlaqarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətinrevanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsada, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranadahimnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropaçempionu olub.

Cəbrayıl Hacıyev (79 kq) də karyerasının ən böyük uğuruna imzaatıb. Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayan(8:0) Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundanasıb.

Rəşid Babazadə təsəlliverici görüşdə belçikalı Ayub Musayevi 4:2hesabıyla üstələsə də, bürünc medal görüşündə ermənistanlı Avropaçempionu Vazgen Tevanyana 0:7 hesabıyla məğlub olub və debüt etdiyiyarışı 5-ci pillədə başa vurub.

Seçilən
73
13
az.trend.az

10Mənbələr