Albaniyanın paytaxtı Tiranada davam edən Avropa çempionatında sərbəst güləş millimizin aktivinə daha bir medal yazılıb. 

Offsideplus.az xəbər verir ki, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal üçün döşək üzərinə çıxıb.

O, Şimali Makedoniya təmsilçisi Rasul Şapiyevə 8:0 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.