AZ

"Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi olub

Bakı, 25 aprel, AZƏRTAC

Türkiyə millisinin futbolçusu Merih Demiralın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi olub.

AZƏRTAC xəbər verir ki, finalda Yaponiya təmsilçisi "Maçida"ya qalib gələn kollektiv (1:0) kuboku qazanıb.

Qeyd edək ki, M. Demiral ardıcıl ikinci dəfə bu titulu qazanan ilk türk futbolçudur.

Seçilən
17
7
azertag.az

8Mənbələr