AZ

Silvinyo İtaliyaya məğlubiyyətdən danışdı

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Albaniya millisinin baş məşqçisi Silvinyo Avro-2024-ün qrup mərhələsinin ilk turunda İtaliya ilə oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Oyuna erkən qolla başladıq. Komandamız çox həyəcanlı idi. Xüsusilə, ilk hissədə daha təsirli olmalıydıq. İtaliya topu sürətlə hərəkət etdirirdi.

Məyus olduq. Azarkeşlər möhtəşəm atmosfer yaratmışdılar. Stadionun daxilində və xaricində böyük dəstək var idi. Təəssüf ki, hesabı bərabərləşdirə bilmədik.

Albaniya ikinci oyunda iyunun 19-da Xorvatiya ilə qaşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
futbolpress.az

1Mənbələr