AZ

Deputatın həyat yoldaşının rəhbərlik etdiyi banka sanksiya qoyuldu

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketində Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumu da hədəfə alınıb.

Bakupost.az xəbər verir ki, sanksiya siyahısına daxil edilən “Yelo Bank” qərarın Rusiya maliyyə mesajlaşma sistemi ilə bağlı olduğunu təsdiqləyib.

Rəsmi məlumata görə, yeni sanksiya paketi Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını zəiflətməyə yönəlib və maliyyə, enerji, ticarət, nəqliyyat və texnologiya sahələrini əhatə edir.

“Yelo Bank” aprelin 24-də yaydığı açıqlamada fəaliyyətinin Azərbaycan qanunvericiliyinə və beynəlxalq sanksiya rejimlərinə uyğun qurulduğunu bildirib.

Bank qeyd edib ki, qərar “banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair texniki xarakter” daşıyır.

“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur. O, bu vəzifəyə 2021-ci il yanvarın 5-də təyin olunub. Həsənov deputat Sevinc Fətəliyevanın həyat yoldaşıdır. Fətəliyeva Milli Məclisin rəsmi məlumatına əsasən, 30 saylı Suraxanı birinci seçki dairəsindən ikinci çağırış deputatıdır və Yeni Azərbaycan Partiyasını təmsil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
3
www.bakupost.az

4Mənbələr