AZ

Meloni Putinin G20-yə çağırılmasına qarşı çıxdı: İndi addımı Moskva atmalıdır

İtaliyanın baş naziri Corciya Meloni Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə mümkün dəvətinə etiraz edərək Qərbin artıq güzəşt edən tərəf olmamalı olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Corciya Meloni bu fikirləri Kiprdə jurnalistlərlə söhbəti zamanı səsləndirib.

O, Vladimir Putinin G20 Sammit toplantısına mümkün dəvəti ilə bağlı suala cavab verib.

Meloni bildirib ki, indi elə məqam yetişib ki, məhz Qərb ölkələri Moskvadan münasibətlərin normallaşması istiqamətində addımlar tələb etməlidir, əksinə deyil.

Onun sözlərinə görə, həm Avropa, həm də xüsusilə son aylarda ABŞ Rusiya istiqamətində müəyyən addımlar atsa da, qarşı tərəfdən eyni münasibət görünməyib.

İtaliya hökumət başçısı vurğulayıb ki, artıq Moskvanın konkret irəliləyiş göstərməsi tələb olunmalıdır.

Xatırladaq ki, bir gün əvvəl Donald Tramp Putini sammitə şəxsən dəvət etmədiyini, lakin onun iştirakının “çox faydalı ola biləcəyini” demişdi.

G20 Sammiti dekabr ayında Mayamidə, Trampa məxsus “Doral” qolf klubunda keçiriləcək. The Washington Post daha əvvəl Ağ Ev rəhbərinin Putinə dəvət göndərməyi planlaşdırdığını yazıb.

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr