AZ

Ürək sağlamlığı üçün menyuya mütləq daxil edilməli olan məhsul

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Zeytun istehlakı ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırmaq üçün ən sadə və təsirli üsullardan biri ola bilər.

Demokrat.az xəbər verir ki, bunu Amerikalı kardioloq Brett Silav bildirib. O deyib ki, bu məhsulun tərkibindəki yağlar, xüsusilə də olein turşusu xolesterin səviyyəsini tənzimləməyə kömək edir. Zeytun orqanizmdə "pis" xolesterini azaldır, "yaxşı" xolesterinin səviyyəsini isə artırır."Olein turşusunun digər mühüm funksiyası bədəndəki iltihab proseslərini zəiflətməkdir. Çünki sistemli iltihab damarlarda xolesterin düyünlərinin yaranmasına və damar elastikliyinin itməsinə səbəb olur. Bu isə birbaşa yüksək təzyiqə və ürək problemlərinə yol açır. Zeytun istehlak etməklə bu riskləri minimuma endirmək mümkündür".Mütəxəssisin fikrincə, zeytunun faydası təkcə sağlam yağlarla bitmir. Bu məhsul həm də liflər və antioksidantlarla zəngindir. Tərkibindəki dəmir qırmızı qan hüceyrələrinin stabil fəaliyyətini təmin edir, mis isə həm ürək sağlığını, həm də immuniteti gücləndirir. Zeytunu gündəlik qidalanma rejiminə əlavə etmək damarların elastikliyini qorumaq üçün faydalı addımdır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
demokrat.az

1Mənbələr