AZ

Araqçi yenidən İslamabada qayıdır: Tehrandan təlimat alındı- Moskva səfəri öncəsi kritik durum

İranın xarici işlər naziri Abbas Araqçi Omandan sonra yenidən Pakistana – İslamabada səfər edəcək.

Musavat.com xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, nazirin müşayiət heyətinin bir hissəsi İslamabaddakı ilkin məsləhətləşmələrdən sonra Tehrana qayıdaraq müharibənin dayandırılması ilə bağlı məsələlər üzrə əlavə təlimatlar alıb.

Bildirilib ki, həmin nümayəndə heyəti bazar günü axşam saatlarında yenidən İslamabadda Araqçiyə qoşulacaq.

Məlumata əsasən, bu təkrar səfər İranın diplomatik fəaliyyətində mühüm mərhələ kimi qiymətləndirilir. Araqçinin Pakistan paytaxtında aparacağı yeni müzakirələrdən sonra onun Moskvaya yollanacağı gözlənilir.

Musavat.com

Seçilən
77
7
musavat.com

7Mənbələr