AZ

Pentaqonun gizlətdiyi zərər: İran hücumları ABŞ bazalarını sıradan çıxardı

ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu İran zərbələrindən sonra ciddi zərbə alıb və ortaya çıxan ilkin qiymətləndirmələr vəziyyətin gözləniləndən daha ağır olduğunu göstərir. Musavat.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun ictimaiyyətə təqdim etdiyi rəqəmlər real mənzərəni tam əks etdirmir. Üç amerikalı rəsmi, Konqres üzvlərinin iki köməkçisi və prosesdən xəbərdar olan digər mənbə bildirir ki, zərərin bərpası milyardlarla dollar tələb edəcək.

NBC qeyd edir ki, hücumlar nəticəsində anbarlar, komanda-qərargahlar, təyyarə anqarları, peyk rabitə infrastrukturu, uçuş-enmə zolaqları, yüksək dəqiqlikli radar sistemləri və onlarla təyyarə ciddi zərər görüb.

Musavat.com

Seçilən
83
musavat.com

1Mənbələr