AZ

Gəncədə çay evində dava: 2 gənc bıçaqlandı

Gəncədə çay evində baş verən mübahisə qanla bitib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən çay evlərindən birində qeydə alınıb.

Dava zamanı Gəncə sakinləri, 2005-ci il təvəllüdlü Adil Kazımov və onun həmyaşıdı İ.İbrahimov bıçaq xəsarətləri alıblar. Hər iki gənc bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilib. Onların vəziyyətlərinin stabil olduğu bildirilir.

İlkin ehtimala görə, mübahisə zamanı 21 yaşlı iki gənc bir-birinə xəsarət yetirib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
39
1
bizim.media

2Mənbələr