AZ

Gəncədə çay evində dava: 2 gənc bıçaqlandı

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Gəncədə çay evində baş verən mübahisə qanla bitib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən çay evlərindən birində qeydə alınıb.Dava zamanı Gəncə sakinləri, 2005-ci il təvəllüdlü Adil Kazımov və onun həmyaşıdı İ.İbrahimov bıçaq xəsarətləri alıblar. Hər iki gənc bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.Yaralılara ilkin tibbi yardım göstərilib. Onların vəziyyətlərinin stabil olduğu bildirilir.İlkin ehtimala görə, mübahisə zamanı 21 yaşlı iki gənc bir-birinə xəsarət yetirib.Hadisənin dəqiq səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
bizim.media

2Mənbələr