Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton Otelində təşkil olunan şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub.
“Associated Press” agentliyi xəbər yayıb ki, bu, Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir.
Vaşinqton ştatının prokuroru Janin Pirro deyib ki, ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi şam yeməyində atəş açdıqdan sonra həbs olunan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq.
"Təqsirləndirilən şəxs bazar ertəsi günü federal rayon məhkəməsində hakim qarşısına çıxacaq", - Pirro bildirib .