AZ

Trampın iştirak etdiyi tədbirdə atışma baş verib - Video

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.Bu barədə “Reuters” məlumat yayıb.

Hadisə zamanı zalda əvvəlcə partlayış səsləri eşidilib, daha sonra isə iştirakçılar arasında təşviş yaranıb.

Tədbirdə Prezident Trampla yanaşı, birinci xanım Melania Tramp, vitse-prezident JD Vens və Ağ Evin mətbuat katibi  Kerolayn Livitt iştirak ediblər.

Tramp sosial şəbəkə hesabında bildirib ki, insident nəticəsində ABŞ administrasiyasının nümayəndələri arasında xəsarət alan olmayıb.

“Hazırda hər kəsin vəziyyəti yaxşıdır”, - o qeyd edib.

 

Seçilən
28
anews.az

1Mənbələr