ABL-nin yarımfinalı üzrə ikinci oyunda "Gəncə"ni məğlubiyyətə uğradan "Sabah" finala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, "Sabah"ın basketbolçusu Castin Tillman oyundan sonra matçı və final seriyasını şərh edib:
"Rəqabətli, geridönüşlü matç idi. Daha intizamlı qaldıq. Matçın sonunu xeyrimizə yaxşı dəyişdik. Finalda rəqibin fərqi yoxdur. Sadəcə işimizi görəcəyik, meydana çıxıb oynamalıyıq. Özümüzə sadiq qalıb, birlikdə oynamaq lazımdır. 40 dəqiqə oynayıb, işin öhdəsindən gəlməliyik".
20 xal və 10 ribaunda imza atan basketbolçu fərdi performansı barədə bu sözləri deyib:
"Yaxşı idi, daha effektiv, bitiricilikdə xeyirli ola bilərdim. Lakin müdafiə və enerjini nəzərə alsaq, məncə yaxşı iş gördüm".
View this post on Instagram