AZ

Ukrayna ordusu Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna zərbə endirib

BAKI, 26 aprel. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri aprelin 26-na keçən gecə Rusiyanın Yaroslavl şəhərində yerləşən neft emalı zavoduna hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko məlumat yayıb.

"Yaroslavl. neft emalı zavoduna zərbə endirilib", - deyə o, teleqram kanalında qısa məlumat paylaşaraq hadisənin görüntülərini təqdim edib.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr