AZ

İlham Əliyev Ağ Evdəki atışmanı pisləyib: Belə zorakılıq aktları qəbulolunmazdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının ziyafəti zamanı baş vermiş atışma ilə bağlı narahatlığını bildirib və zorakılığı qətiyyətlə pisləyib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə özünün rəsmi "X" hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının ziyafətində baş vermiş atışma məni dərindən narahat etdi. Belə zorakılıq aktları qəbulolunmazdır və qətiyyətlə pislənilməlidir".

Prezident İlham Əliyev həmçinin həmkarı Donald Trampın və digər qonaqların xəsarət almaması ilə bağlı məmnunluğunu ifadə edib: "Prezident Trampın, birinci xanımın və bütün iştirakçıların təhlükəsizlikdə olmasından rahatlıq tapdım. Onlara davamlı təhlükəsizlik və firavanlıq arzulayıram".

Seçilən
15
teleqraf.com

1Mənbələr