Azərbaycan Basketbol Liqasında pley-off həyəcanı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün "Neftçi" və "Abşeron Lions" komandaları üz-üzə gələcəklər.
İlk oyunda "şirlər" qələbə qazanıb. Onlar yenə qalibiyyət əldə edərsə, finala yüksələcəklər.
Əksi baş verərsə, seriyada üçüncü oyun baş tutacaq.
Qeyd edək ki, "Gəncə"ni hər iki oyunda məğlub edən "Sabah" artıq finaldadır.
ABL, yarımfinal mərhələsi
26 aprel (bazar)
14:00 "Neftçi" - "Abşeron Lions"
Seriyada hesab: 0:1
Bakı İdman Sarayı