AZ

Çəkisi 5,3 kilodur: Dünyanın ən qısaboylu qadını necə görünür

Lent az saytına istinadən ain.az xəbər verir.

Dünyanın ən qısa boylu qadınının boyu cəmi 63 santimetr, çəkisi isə 5,3 kiloqramdır.

Dünyanın ən qısa boylu qadını kimi tanınan Coti Amqe uzun illərdir ki, Ginnesin Rekordlar Kitabına daxil olub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, nadir genetik xəstəlikdən əziyyət çəkən 32 yaşlı qadın yeniyetməlik dövründə Ginnesin Rekordlar Kitabına düşüb. Bu gün o, təkcə rekordçu deyil, həm də aktiv təsir gücünə malik şəxs, model və aktrisadır.

Coti Amqe Hindistanda anadan olub və erkən yaşlarından bəri qısaboyluğa səbəb olan nadir genetik xəstəlik olan axondroplaziya ilə mübarizə aparır. Bu xəstəlik spesifik sümük quruluşundan qaynaqlanır. Onun boyu cəmi 63 santimetr, çəkisi isə 5,3 kiloqramdır.

Coti Amqe hazırda sosial mediada aktivdir və “Instagram”da 2,1 milyon izləyicisi var.

Onun populyarlığı dünyanın hər yerində bir çox insana ilham verib və hətta ciddi sağlamlıq məhdudiyyətlərinin belə xəyallara və gələcək planlara mane olmadığını nümayiş etdirib.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
lent.az

1Mənbələr