Bundesliqanın 31-ci turunda “Bavariya” yenə diqqət mərkəzində olub.
Publika.az xəbər verir ki, komanda “Maynts”ı 4:3 hesabı ilə məğlub edib.
Oyun zamanı münhenlilər hesabda geri düşüblər və fasiləyə qədər 0:3 məğlub durumda olublar. Buna baxmayaraq, sonda geri dönüş edərək üç xalı qazanmağı bacarıblar.