“Barselona”nın vingeri Lamin Yamal “Real”ın sabiq hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.
Msport.az xəbər verir ki, İspaniya millisinin üzvü La Liqada ayın oyunçusu seçilmək baxımından əfsanəvi futbolçunu qabaqlayıb.
Apreldə Yamal 4-cü dəfə ayın ən yaxşı oyunçusu sayılıb. Ronaldo bu mükafatı 3 dəfə qazanmışdı.
Yamal La Liqada 2024-cü ilin sentyabrında, 2025-in noyabr və dekabrda, həmçinin 20226-nın aprelində ən yaxşı futbolçu seçilib.
Ronaldo isə 2013-cü ilin noyabrında, 2015-ci iin mayında və 2017-nin mayında La Liqada ayın oyunçusu hesab olunub.
Portuqaliyalı ulduz 2009-2018-ci illərdə “Real”da çıxış edib. Qeyd edək ki, La Liqada ayın oyunçusu mükafatı 2013-cü ildən verilməyə başlayıb.