AZ

Ukrayna Yaroslavl və Voloqda vilayətlərinə zərbə endirdi VİDEO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Rusiyanın Yaroslavl və Voloqda vilayətlərində sənaye obyektlərinin PUA hücumuna məruz qaldığı bildirilir.Bizim.Media xəbər verir ki, Yaroslavlda “Slavneft-YANOS” neft emalı zavodu hədəfə alınıb.Məlumata görə, bu müəssisə Rusiyanın ən iri neft emalı zavodlarından biri sayılır və emal həcminə görə ölkədə dördüncü yerdədir. Qeyd olunur ki, zavod daha əvvəl də dəfələrlə PUA hücumlarına məruz qalıb.

 

Voloqda vilayətində isə “Apatit” Səhmdar Cəmiyyətinin Çerepovets filialına hücum edilib. Bildirilir ki, bu müəssisə Avropanın ən iri ammonyak istehsalı zavodlarından biridir.

Vilayətin qubernatoru Georgi Filimonovun sözlərinə görə, hücum nəticəsində yüksək təzyiqli sulfat turşusu boru kəməri zədələnib.Hadisə zamanı 5 nəfər sulfat turşusundan yanıq xəsarətləri alıb. Filimonov bildirib ki, hücum zamanı istehsalat binalarına da “cüzi ziyan” dəyib.Hadisələrin nəticələri araşdırılır.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
1
bizim.media

2Mənbələr