AZ

“Trampın təhlükəsiz olduğunu eşitməyimə şadam” Paşinyandan ABŞ dəki insidentə MÜNASİBƏT

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan demokratik cəmiyyətdə zorakılığa yer olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, o, bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi şam yeməyi zamanı baş verən atışma ilə bağlı verib.

Qeyd olunub ki, Paşinyan sosial media hesabında bu barədə paylaşım edib: "Ağ Ev müxbirlərinin şam yeməyində baş verən narahatedici atışma hadisəsindən sonra Prezident Donald Trampın, Birinci xanımın, Vitse-prezidentin və digər iştirakçıların özlərini təhlükəsiz hiss etdiklərini eşitməyimə şadam".

Məlumata görə, Baş nazir demokratik dəyərlərin vacibliyini vurğulayıb. O qeyd edib ki, demokratik cəmiyyətlərdə zorakılığa yer yoxdur.

Açıqlamada qeyd edilib ki, Paşinyan bugünkü çətinliklər qarşısında ABŞ Prezidentinə uğurlar arzuladığını da ifadə edib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
1
redaktor.az

2Mənbələr