Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini səmərəli GÖRÜŞ
Ajans.az xəbər verir ki, görüşdə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi sədri Bəhruz Məmmədzadə iştirak etmişdir. Tədbir çərçivəsində Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi Yasamal rayon təşkilatına yeni sədr olaraq ehtiyata olan kapitan Şamxal Ağayev təqdim olunmuş, sədr müavini vəzifəsinə isə ehtiyata olan qazi Cümşüd Hüseynov təyin edilmişdir. Görüş zamanı qazilər, şəhid ailələri və veteranların qarşılaşdıqları sosial problemlər, məşğulluq məsələləri, tibbi təminat, mənzil-məişət şəraiti, eləcə də onların cəmiyyətə daha fəal inteqrasiyası barədə geniş fikir mübadiləsi aparılmışdır. Qazilərin müraciət və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda dövlət tərəfindən qazilərimizə, şəhid ailələrinə və veteranlara göstərilən qayğının daha da artırılması, onların problemlərinin operativ şəkildə həll olunması və sosial rifahının yüksəldilməsi istiqamətində gələcək əməkdaşlıq məsələləri də müzakirə edilmişdir. Görüş qarşılıqlı anlaşma və səmimi şəraitdə baş tutmuşdur.
