AZ

Bu klub İngiltərə futbolunda tarixi nailiyyətə imza atdı

Olke.az saytına istinadən ain.az xəbər verir.

“Mançester Siti” İngiltərə futbolunda tarixi nailiyyətə imza atıb.

"Ölkə.az" xəbər verir ki, komanda ardıcıl 4 il İngiltərə Kubokunun finalına yüksələn ilk klub olub. Bu barədə “Opta” məlumat yayıb.

Bu nəticə komandanın yarımfinalda “Sauthempton” üzərində qələbəsindən (2:1) sonra rəsmiləşib.

Məlum olduğu kimi, 2022/2023 mövsümündə “şəhərlilər” finalda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib. Növbəti mövsümdə “qırmızı şeytanlar” revanş alaraq 2:1 hesabı ilə qalib gəlib. Ötən mövsümdə isə Xosep Qvardiolanın yetirmələri “Kristal Pelas”a uduzub.

Cari mövsümün finalında “Mançester Siti” “Çelsi” – “Lids” cütünün qalibi ilə qarşılaşacaq. Bu oyun 26 aprel tarixində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
4
olke.az

5Mənbələr