AZ

“Şamaxı” “Kəpəz”ə, “Neftçi” “Qarabağ”a qarşı

Azərbaycan Premyer Liqasında 29-сu turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə, “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.

Mərkəzi oyun isə “Neftçi” ilə “Qarabağ” arasında olacaq. Azərbaycan derbisini Tural Qurbanov idarə edəcək.

Daha öncə “İmişli” “Sumqayıt”a 0:2 hesabıyla uduzub, “Qəbələ” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib – 1:1. “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Karvan-Yevlax” matçları sabah keçiriləcək.

Seçilən
41
publika.az

1Mənbələr