Qışdan bahara keçiddə insanlarda yorğunluq və halsızlığa tez-tez rast gəlinir ki, bu da gündəlik iş həyatımıza və iş həvəsimizə mənfi təsir göstərir.
“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun əsas səbəbləri qışda günəşin az olması, soyuq havaya görə qapalı yerlərdə qalmaq, hərəkətsizlik və qidalanmanın zəifləməsidir.
Xüsusilə D vitamini çatışmazlığı və dəmir çatışmazlığı bu dövrdə daha çox görünür. Mütəxəssislərin fikrincə, enerjini artırmaq üçün bir neçə sadə qaydaya əməl etmək kifayətdir. Dünya Səhiyyə Təşkilatının gəldiyi nəticələrə əsasən, günəş işığı D vitamini üçün əsas mənbədir. Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin hesabatlarına əsasən isə düzgün qidalanma, yaxşı yuxu və su içmək bu mərhələdə çox vacibdir.
Buna uyğun olaraq, bir həftəlik sadə qidalanma planı belə ola bilər:
1-ci gün
Səhər: Yulaf, bal, qoz, alma
Nahar: Toyuq, bulqur, salat
Axşam: Qatıq, fındıq
2-ci gün
Səhər: Yumurta, pendir, göyərti
Nahar: Toyuq filesi, kartof, salat
Axşam: Kefir, alma
3-cü gün
Səhər: Süd + yulaf + banan
Nahar: Mal əti, düyü, tərəvəz
Axşam: Qatıq, qoz
4-cü gün
Səhər: Omlet, ispanaq
Nahar: Mərcimək şorbası, çörək
Axşam: Alma, badam
5-ci gün
Səhər: Kəsmik, bal, quru ərik
Nahar: Toyuq salatı (zeytun yağı ilə)
Axşam: Kefir, fındıq
6-ci gün
Səhər: Yulaf, alma, darçın
Nahar: Noxud və ya lobya yeməyi, salat
Axşam: Qatıq, qoz
7-ci gün
Səhər: Yumurta, avokado, çörək
Nahar: Tərəvəz yeməyi (badımcan, kabaçki, bibər) + qatıq
Axşam: Kefir, alma.
Bu qidalar bədənə lazım olan vitamin və enerjini verir. Lazım olduqda Vitamin D və Vitamin B12 də qəbul edilə bilər.
Mövsümi yorğunluq hissi düzgün qidalanma, aktiv həyat tərzi və vitamin balansının qorunması ilə əhəmiyyətli dərəcədə azala bilər. Şikayətlər uzun müddət davam edərsə, tibbi müayinə tövsiyə olunur.
İlhamə Qasımlı
Telegram kanalımız