Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu il göy üzündəki planetlərin hərəkəti təkcə fərdi dəyişikliklərlə deyil, həm də ömür boyu sürəcək ciddi tərəfdaşlıqlar və evliliklərlə yadda qalacaq. Astroloji proqnozlara görə, ulduzlar 2026-cı ilin sonuna qədər bəzi bürclər üçün sanki xüsusi toy təşkilatçısı rolunda çıxış edəcəklər.Demokrat.az 2026-cı ildə nikah masasına oturma ehtimalı ən yüksək olan 5 bürcü təqdim edir:BuğaBuğalar üçün 2026-cı il uzunmüddətli bağlılıqlar dövrüdür. Veneranın bəxş etdiyi cazibə və dərin bağ qurmaq bacarığı xüsusilə ilin ortalarında pik həddə çatacaq. Davam edən münasibətiniz varsa, yayın ortasında ciddi qərarlar verə bilərsiniz. Subay Buğalar üçün isə aprel və iyul ayları arasında taleyüklü qarşılaşma gözlənilir. Bu dövrdə qurulan münasibətlər təkcə romantika deyil, həm də ehtiyac duyduğunuz maddi və mənəvi sabitliyi gətirəcək.XərçəngHəssaslığı və yuva qurmaq istəyi ilə seçilən Xərçənglər üçün 2026-cı il əsl ailə ili olacaq. Göy üzü bu müddətdə sevginin ömürlük öhdəliyə çevrilməsini dəstəkləyir. Maraqlıdır ki, bir çox Xərçəng bürcü həyat yoldaşı ilə ailə məclisləri və ya sosial tədbirlər vasitəsilə tanış olacaq. İntuisiyanızın gücləndiyi bu ildə qarşınıza çıxan insanın doğru şəxs olduğunu anlamaq üçün çox vaxt lazım olmayacaq.QızAnalitik düşünən Qızlar 2026-cı ildə səbirlərinin bəhrəsini nəhayət toplayacaqlar. Yupiterin müsbət təsirləri ilə evlilik və ciddi münasibət mövzuları ilin əsas gündəminə çevrilir. Adətən karyerasına fokuslanan Qızlar bu il həyatlarındakı balansı qura biləcəklər. Xüsusilə sentyabr və dekabr ayları arası rəsmi təkliflər və nişan mərasimləri üçün ən ideal zaman kəsiyidir. Məntiq və duyğu bu dəfə eyni nöqtədə birləşəcək.OğlaqOğlaqlar münasibətlərdə həmişə ehtiyatlı və ciddi olurlar. Lakin 2026-cı il Saturnun dəstəyi ilə bu bürc üçün yeni bir emosional mərhələ açır. İş dünyasındakı uğurları ilə tanınan Oğlaklar bu il sevgini ortaq bir məqsəd və ya iş mühiti vasitəsilə tapa bilərlər. Milli dəyərlərə önəm verən Oğlaklar üçün tanışlıq və ya köklü qohumluq əlaqələri ilə qurulan evliliklər də ulduzlar tərəfindən dəstəklənir.BalıqlarZodiakın ən romantik bürcü olan Balıqlar üçün 2026-cı il sanki nağıl kimi keçəcək. Neptun və Yupiterin göy üzündəki uyğunluğu mənəvi yaxınlığı və dərin sevgini alovlandırır. Uzun müddətdir ruh əkizinizi gözləyirsinizsə, mart və avqust ayları arasındakı dövr ən şanslı vaxtınızdır. Balıqlar üçün builki evliliklər sadəcə rəsmiyyət deyil, iki ruhun birləşməsi demək olacaq.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.