AZ

Zelenski: Döyüşdə irəliləyiş əldə etməyən Rusiya Ukraynanın vacib infrastrukturuna hücumlarını artırır

Döyüş meydanında irəliləyiş əldə etməyən Rusiya Ukraynanın vacib infrastrukturuna hücumlarını artırır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları hücumlarını enerji, logistika, su təchizatı və nəqliyyat infrastrukturuna, xüsusən də dəmir yolu qurğularına və körpülərə yönəldir:

"Bu cür hərəkətlər Ukraynanın beynəlxalq tərəfdaşlarına təzyiq və danışıqlar proseslərinə təsir göstərmək məqsədi daşıyır. Kiyev beynəlxalq yardımı öz müdafiə istehsalının inkişafına və enerji sisteminin qorunmasına yönəltməyi planlaşdırır".

Seçilən
11
3
far.az

10Mənbələr