AZ

ABL: “Sabah”ın finaldakı rəqibi bəlli oldu – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün sonuncu finalçısının adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, “Abşeron Lions” komandası Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb.

Sözügedən komanda buna yarımfinal mərhələsinin ikinci oyununda “Neftçi”ni məğlub etməklə nail olub. Bakı İdman Sarayında təşkil edilmiş qarşılaşma 90:81 hesabı ilə Abşeron təmsilçisinin xeyrinə bitib.

Xatırladaq ki, bu komandaların ilk görüşündə də “Abşeron Lions” qalib gəlmişdi – 95:89.

Beləliklə, bu komanda finalda “Sabah”a rəqib olub. Son çempion da ötən gün “Gəncə” ilə ikinci görüşdə növbəti qələbəsini qazanmaqla həlledici oyuna vəsiq qazanmışdı.

Qeyd edək ki, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün çempionu olacaq. Finalların tarixi daha sonra müəyyənləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
29
8
arena.az

10Mənbələr