AZ

Yeni dünya rekordu müəyyənləşib


London marafonunda tarixi nəticə qeydə alınıb və yeni dünya rekordu müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, Keniyalı atlet Sebastiyan Save yarışın qalibi olub. O, 42 km 195 metr məsafəni cəmi 1 saat 59 dəqiqə 30 saniyəyə qət edərək inanılmaz göstəriciyə imza atıb.
Bununla da Save marafon tarixində iki saatdan daha az müddətdə finişə çatan ilk idmançı kimi adını tarixə yazdırıb. Qeyd edək ki, əvvəlki rekord 2023-cü ilin oktyabrında Kelvin Kiptum tərəfindən Çikaqo marafonunda 2 saat 35 saniyə nəticə ilə müəyyən edilib.
Seçilən
71
yeniavaz.com

1Mənbələr