AZ

Freyzer Sabah la final oyunlarını buraxa bilər

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Abşeron Lions"un basketbolçusu Ceyms Freyzer Azərbaycan Basketbol Liqasının final seriyasında "Sabah"a qarşı keçiriləcək oyunları buraxa bilər.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, оyunçunun zədəsinin ciddiliyi tibbi müayinədən sonra dəqiqləşəcək.

"Baskebolçunun sağ əlində şiş, sağ ayağında isə ağrılar var. Özü final seriyasında oynamaq istəyir, lakin yekun qərarı həkimlər verəcək", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, "Sabah" yarımfinalda "Gəncə"ni, "Abşeron Lions" isə "Neftçi"ni məğlub edərək finala yüksəlib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr