Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Zopun kəndində qeydə alınıb.
Belə ki, iki maşının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların arasında 9-cu siniflərin buraxılış imtahanlarından qayıdan şagirdlərin də olduğu deyilir.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/