AZ

Mbappedən “Real”da növbəti qalmaqal: Arbeloa ilə münasibətlər gərginləşib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Alvaro Arbeloa və hücumçu Kilian Mbappe arasındakı münasibətlərin mürəkkəb olduğu üzə çıxıb. Hazırda tərəflər arasında ciddi məsafənin olduğu bildirilir.

İdman.Biz “COPE” nəşrinə istinadla xəbər verir ki, Alvaro Arbeloa ilə Kilian Mbappe arasındakı qarşılıqlı anlaşma əvvəlki səviyyədə deyil. Mənbə bu vəziyyəti komandanın sabiq çalışdırıcısı Xabi Alonso dönəmi ilə müqayisə edərək, hazırkı münasibətlərin daha soyuq olduğunu vurğulayıb.

Bundan əvvəl Mbappenin sosial şəbəkədə maraqlı bir paylaşımı bəyənməsi də diqqətdən yayınmayıb. Həmin paylaşımda Joze Mourinyonun 2012-ci ildə Kriştianu Ronaldu və Mesut Özil ilə, həmçinin 2026-cı ildə Mbappe və Arda Güler ilə olan fotolarından ibarət kollaj yer alıb. Bu addım ulduz futbolçunun baş məşqçidən narazılığı kimi qiymətləndirilib.

Qeyd edək ki, Mbappe cari mövsümdə bütün turnirlərdə 41 matçda iştirak edib. Fransalı hücumçu bu oyunlarda 41 qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr